Gələn il pensiya kapitalı nə qədər artırılacaq?

"Əmək pensiyaları haqqında” Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşların pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq”.
Avtosfer.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında şərh verib.
“Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq”, - parlamentari bildirib.
Pensiya kapitalının nə qədər artırılacağına gəldikdə, deputat Mərkəzi Bankın 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş etdiyini diqqətə çatdırıb:
“Mərkəzi Bankda bu il Azərbaycanda qiymətlərin 6.0 faiz artdığını proqnozlaşdırırlar. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu ilin ilk 9 ayında istehlak qiymətləri indeksi 5.7 faiz olub. Bu o deməkdir ki, mövcud qanuna əsasən, Mərkəzi Bankın proqnozunda kənarlaşma olmazsa, vətəndaşların pensiya kapitalı təxminən 6.0 faiz artırılacaq.
Yəni, bu halda vətəndaşın 50 min manat pensiya kapitalı varsa, onun vəsaiti gələn il təxminən 3 min manat artırılacaq. Təbii ki, daha konkret rəqəm yanvar ayında elan olunacaq. Bu artım vətəndaşların daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımından vacibdir”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












