Gəncədə ilk dəfə dəmiryolçu ixtisası açılır

"Azərbaycan Dəmir Yolları" QSC-nin təşəbbüsü ilə Gəncədə ilk dəfə dəmiryolçu ixtisası açılır.
Avtosfer.az Səhmdar Cəmiyyətə istinadən bildirir ki, 2023-2024-cü tədris ilində Gəncədə yerləşən Azərbaycan Texnologiya Universiteti bakalavr və magistr tədris planına dəmir yolu sahəsi ilə bağlı fənləri də əlavə edib.
Bildirilir ki, universitetdə ADY tədris otağı yaradılaraq tələbələrin istifadəsinə veriləcək. Tələbələr Gəncə Dəmiryolu Vağzalı, Gəncə Yeni Lokomotiv Deposunda və stansiyalarda təcrübə proqramlarında iştirak edə biləcəklər.
Peşəkar dəmiryolçu olmaq istəyən gənclər builki tələbə qəbulunda Nəqliyyat mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisaslarını seçməyə dəvət edilir.
Qeyd edək ki, dəmiryolçu məzunlar gələcəkdə ADY-nin müxtəlif xidmət sahələrində çalışmaq imkanı əldə edəcəklər.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












