Gəncədə küçədə söyüş söyən tiktoker HƏBS OLUNDU

Gəncədə küçədə söyüş söyən tiktoker həbs olunub.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, 47 yaşlı Murad Rüstəmov şəhər ərazisində polis şöbəsinin yaxınlığında mobil telefonla danışarkən uca səslə söyüşlər söyüb. Məlumata əsasən, buna görə polis əməkdaşları ona irad bildirəndə isə qanuni tələblərinə məhəl qoymayaraq, hərəkətlərinə davam edib.
Nəticədə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 6 il əvvəl Ukraynadan Azərbaycana gəlib:
"Bir neçə ildir tiktokda 69 min izləyicisi olan səhifəmdə din əleyhinə paylaşımlar edirəm. Paylaşımlarım dindarların hissiyyatına toxunur. Buna görə də, dindarlar məni söyürlər və hətta 3 dəfə həyatıma sui-qəsd olub. Həmin hadisələrlə bağlı polis araşdırma da aparıb".
Murad Rüstəmov əlavə edib ki, barəsindəki ittihamlarla razı deyil.
Gəncə Şəhər Məhkəməsində hakim Zaman İmanovun sədrliyi ilə keçirilən prosesdə Murad Rüstəmov barəsində 30 gün müddətinə inzibati həbs cəzası təyin olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












