Gəncədə narkotik maddə satmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO

Gəncədə narkotik maddə satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-ın verilən məlumata görə, daxil olmuş məlumat əsasında Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Elvin Rzayev saxlanılaraq bölməyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə, külli miqdarda narkotik maddə olan heroin aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni satmaq məqsədi ilə əldə etdiyini etiraf edib. Hazırda E. Rzayevə narkotik maddəni satan şəxs və ya şəxslərin kimliklərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Fakt üzrə Gəncə ŞBPİ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO













