Gəncədə nəqliyyat qəzalarına dair xilasetmə təlimi keçirildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib.
Avtosfer.az xəbər verir ki, təlimə FHN-in Gəncə Regional Mərkəzi və Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müvafiq qüvvələri cəlb olunub.
Təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobillərdən zərərçəkmişləri təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım” göstərib, təcili tibbi yardım briqadasına təhvil veriblər.
Yekunda təlimin nəticələri təhlil olunub və müvafiq tapşırıqlar verilib.






Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












