“General çox təkəbbürlü idi, Prezident bunu görüb işdən çıxardı”

“General-mayor İlqar Abbasov çox təkəbbürlü idi”.
Avtosfer.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Dövlət məmurları təkəbbürdən uzaq olsunlar. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi var idi - general-mayor İlqar Abbasov, çox təkəbbürlü idi. O qədər şikayətlər alırdım. Bunu yüksək qiymətləndirirəm ki, dövlət, Prezident gördü, onu vəzifəsindən uzaqlaşdırdı”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, İ. Abbasov ötən ay Prezident İlham Əliyevin Sərəncamı ilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib. O, 2022-ci ilin iyulunda sözügedən vəzifəyə təyin olunmuşdu./qafqazinfo
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












