"German Hospital” fəaliyyətini dayandırır - FOTO

Bakıda fəaliyyət göstərən “German Hospital” yaxın günlərdə fəaliyyətini dayandıracaq.
Avtosfer.az bakupost-a istinadən xəbər verir ki, klinika sabiq Prezident Administrasiyasının rəhbəri, hazırda dövlət çevrilişinə cəhd və vətənə xəyanət ittihamları ilə istintaqa cəlb olunan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsusdur.

Məlumata görə, son aylar hospitalın fəaliyyəti ciddi şəkildə zəifləyib. Bəzi həkimlər və əməkdaşlar işdən çıxarılıb, bir neçə şöbə isə faktiki olaraq xidmət göstərmir.
Qeyd olunur ki, klinikanın adı son vaxtlar istintaqla əlaqədar materiallarda da hallanıb.
İlham Əliyevin biznes fəaliyyətinin araşdırıldığı, onunla bağlı maliyyə əməliyyatlarının yoxlanıldığı iddia edilir.
Bütün bunların fonunda “German Hospital”ın bağlanması qərarının siyasi və iqtisadi səbəblərlə bağlı olduğu ehtimal edilir.
Hospitalın rəsmi saytında (germanhospital.az) və sosial şəbəkə səhifələrində bağlanma ilə bağlı heç bir məlumat yerləşdirilməyib. Lakin artıq bəzi əlaqə nömrələrinin cavab vermədiyi, həkimlərin başqa klinikalara keçdiyi bildirilir.
Xatırladaq ki, “German Hospital” 2010-cu illərdə Bakı şəhərində fəaliyyətə başlayıb.
Klinika doğum, cərrahiyyə, LOR, qastroenterologiya və plastik-estetik xidmətlər üzrə tanınırdı.
İlham Əliyev uzun illər Azərbaycanda səhiyyə və tikinti biznesi ilə məşğul olmuşdu.
Onun adı həm də bir sıra kommersiya layihələrində, o cümlədən “German Hospital”ın təsis sənədlərində keçir.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












