“Google” sürücünün ölümündə ittiham olunur

“Google” xəritədəki göstərişləri yerinə yetirərkən uçan körpüdən yıxılan bir kişinin ölümündən sonra yeni bir iddia ilə üz-üzə qalıb.
Filip Paksonun ailəsi onun ölümü ilə əlaqədar şirkətə qarşı iddia qaldıraraq, “Google”un 9 il əvvəl körpünün uçmasını göstərməməkdə səhlənkarlıq göstərdiyini iddia edib.
“Google” şirkətinin nümayəndəsi bildirib ki, şirkət iddiaları nəzərdən keçirir.
Pakson 2022-ci ilin sentyabrında Şimali Karolina ştatının Hikori şəhərində zədələnmiş körpünü keçməyə cəhd etdikdən sonra həyatını itirib.
Ailənin qaldırdığı iddiaya görə, iki uşaq atası olan Pakson qızının dostunun evində keçirilən ad günündən evə qayıdırmış və öldüyü zaman tanımadığı bir məhəllədə olub.
Həyat yoldaşı iki qızını daha əvvəl evə aparıb, o özü isə təmizlik işlərində kömək etmək üçün qızının dostunun evində qalıb.
“Yerli yollarla tanış olmadığı üçün o, alternativ marşrutun onu sağ-salamat evə, arvadı və qızlarının yanına aparacağına ümid edərək “Google Maps”ə güvənib. Təəssüf ki, qaranlıqda və yağışda ehtiyatla maşın sürərkən, o, heç bir şübhə etmədən “Google”un köhnəlmiş təlimatlarına əməl edib və qəzaya uğrayaraq suda boğulub”, - deyə ailənin vəkili iddianı elan edərkən bildirib.
İddiaya görə, yerli sakinlər 2013-cü ildə körpünün uçmasından sonra onlayn xəritələri dəyişmək üçün dəfələrlə “Google”a müraciət ediblər.
Həmçinin körpünün vəziyyətinə nəzarət etdikləri iddia edilən üç yerli şirkətə qarşı da iddia irəli sürülüb. (oxu.az)
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











