Goranboyda oğurluq edən maskalı şəxslər saxlanılıb

Goranboyda oğurluq edən maskalı şəxslər saxlanılıb.
Avtosfer.az-ın məlumatına görə, Goranboy Rayon Polis Şöbəsinə yanvar ayının 2-də rayonun Qaradağlı kəndində yerləşən ərzaq mağazasına 2 nəfər maskalı şəxslərin qeyri-qanuni yolla daxil olması barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib və ilkin araşdırmalar zamanı məlum olub ki, naməlum şəxslər mağazanın qapısını sındıraraq içəri daxil olub və oradan 250 manat nağd pul, 2000 manat dəyərində tütün və ərzaq mallarını oğurlayıblar. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxlərin rayonun Yolqulular kənd sakini, əvvəllər məhkum olunmuş Əli Məmmədov və Gəncə şəhər sakini,əvvəllər məhkum olunmuş Rövşən Qafarov olmaları müəyyən edilib və həmin şəxslər maddi şübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Şübhəli şəxslərin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ə. Məmmədovun 2023-cü ilin fevral ayında həmkəndlisinin evinə qeyri-qanuni yolla daxil olaraq oradan 200 ABŞ dolları və 204 manat nağd pul oğurlaması da məlum olub olub.
Faktlarla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...












