Goranboyda ot tayası yanıb: Dörd nəfər tüstüdən zəhərlənib

Goranboy rayonunda ot tayası yanıb. Köməyə gələnlərdən dörd nəfər tüstüdən zəhərlənib.
Baku TV xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.
Kənd sakini Bəxtiyar Allahverdiyevə məxsus həyətdə talvarın altına yığılan ot bağlamaları qəfil alışıb. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Alov tez bir zamanda ətrafa yayıldığından sakinlər də köməyə gəlib. Bu zaman onlardan dörd nəfər - Elməddin İsmayılov, Füzuli Hüseynov, Pənah Qasımov və Fərman Aslanov yanğını söndürməyə kömək edən zaman tüstüdən zəhərlənib.
Kənd sakinləri Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Səfikürd kəndində baş verən yanğın zamanı ümumi sahəsi 64 kvadratmetr olan talvarın taxta atmaları və altına yığılan 14 ton ot bağlamasının altı tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Xəstəxanaya yerləşdirilən dörd nəfərin isə vəziyyəti normal qiymətləndirilir.
Yanğının baş vermə səbəbləri araşdırılır.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












