Goranboyda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Goranboyda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Oktyabrın 10-da gecə saatlarında Goranboy Rayon Polis Şöbəsinə rayonun Qızılhacılı qəsəbə sakininə məxsus fərdi yaşayış evinə 2 nəfər maskalı şəxslərin qeyri-qanuni yolla daxil olması, əllərindəki bıçaqla ev sahibi və onun həyat yoldaşını ölümlə hədələyib onlara müxtəlif bədən xəsarətləri yetirən və hadisə yerindən 2 000 manat, 5 380 ABŞ dolları və 5 adda müxtəlif qızıl-zinət əşyalır ələ keçirmələri barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Goranboy sakinləri, 1999-cu il təvəllüdlü Ümid Məmmədov və 1997-ci il təvəllüdlü Samir Hüseynov saxlanılıb. Şübhəli şəxslər saxlanılan zaman cinayətdə istifadə olunan 1 ədəd bıçaq və quldurluq yolu ilə ələ keçirilmiş pul və qızıl əşyaları maddi sübut kimi götürülüb.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












