Göyçayda avtomobil körpüsündə təhlükəli vəziyyət: Hərəkət məhdudlaşdırıldı - FOTO

Leysandan sonra Göyçay çayından güclü sel keçib.
Nəticədə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən hissəsindəki avtomobil körpüsündə təhlükəli vəziyyət yaranıb. Belə ki, körpünün dayaqları zədələnib.
Hazırda sel axını davam edir. İnsanların təhlükəsizliyinin təmin olunması üçün Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi və Post Patrul Xidmətinin əməkdaşları ərazidə xidmət aparırlar. Ağırtonnajlı yük avtomobillərinin körpü üzərindən keçidinə müvəqqəti məhdudiyyət qoyulub.
Qeyd edək ki, 2018-ci ildə Göyçay çayına gələn güclü sel zamanı da sözügedən körpü dağılıb, bəzi kəndlərin Göyçay şəhəri ilə əlaqəsi kəsilib. Bir ay ərzində burada aparılan təmir-bərpa işləri zamanı sürücülər alternativ olaraq Göyçay-Ucar-Göyçay yolundan istifadə ediblər. (report)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












