Göyçayda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb - FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı “Həbib” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən və onun qaçaqmalçılıq yolu ilə ölkəyə göndərdiyi narkotik vasitələri respublikanın müxtəlif bölgələrinə çatdırılmasını təşkil edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Tərtər rayon sakini, əvvəllər də məhkum olunmuş Səbuhi Əlizadə saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 3 kiloqrama yaxın qurudulmuş marixuana və 1000 ədəd psixotrop tərkibli həb aşkar edilərək götürülüb.
Saxlanılan şəxs istintaqa verdiyi ilkin ifadəsində həmin narkotik vasitəni və həbləri paytaxtda ona deyilən əraziyə çatdırmaq üçün sosial şəbəkədə tanış olduğu “Həbib”adlı İran vətəndaşı ilə 1000 manat qarşılığında razılaşdığını bildirib. S.Əlizadə barəsində şöbənin İstintaq bölməsində cinayət işi başlanılıb.
Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli bilinən şəhər sakini Müşviq Mahmudov, eləcə də rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Coşqun Kərimov və Elbrus Abdullayev saxlanılıblar.
M.Mahmudovun evinin həyətyanı sahəsindən çəkisi 3 kiloqramdan artıq çətənə bitkiləri, digər iki nəfərdən isə müxtəlif növ narkotik vasitələr aşkarlanıb.
Keçirilən növbəti əməliyyat zamanı həmkəndlisinin evindən 1500 manat dəyərində samovarı oğurlayan rayonun Qaraman kənd sakini Fəxri Babayev də saxlanılıb. Onun oğurladığı məişət əşyası maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Göyçay Rayon Polis Şöbəsində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB













