Göyçayda narkotik vasitə becərən şəxslər saxlanılıb - FOTO
Xəbərlər
17 İyun 2021 12:10

Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Potu kənd sakini Ayaz Ovçiyev saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 11 kiloqramdan artıq olan 12 ədəd çətənə kolu aşkar edilib, onlar qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat zamanı isə şəhər sakini, əvvəllər məhkum olunmuş İxtiyar Məmmədov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən 3 ədəd çətənə bitkisi və çətənə bitkisindən kustar üsulla hazırlanmış 15 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.



Oxunub : 1512
DİGƏR XƏBƏRLƏR
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
11 Oktyabr 2026 13:41
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
9 Oktyabr 2026 22:29
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
ŞƏRH YAZ












