Güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür - FOTOLAR

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində yaşıllıqlara mövsümi qulluq və qabaqlayıcı təhlükəsizlik tədbirləri çərçivəsində müvafiq işlər həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, Birliyin əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində monitorinqlər həyata keçirilir və qurumuş, zədələnmiş, eləcə də gözlənilən güclü küləkli hava şəraitində aşma və ya budaqlarının qırılması nəticəsində insanlar, nəqliyyat vasitələri və digər obyektlər üçün potensial təhlükə yarada bilən ağaclar mütəxəssislər tərəfindən müəyyən edilir.
Aidiyyəti dövlət qurumunun müvafiq rəyi əsasında təhlükə yaradan qurumuş ağacların götürülməsi, həmçinin ağacların qurumuş, zədələnmiş və təhlükə yarada biləcək budaqlarının budanması həyata keçirilir.
Tədbirlərin əsas məqsədi güclü külək zamanı yarana biləcək mümkün fəsadların qarşısının alınması, vətəndaşların və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda şəhərin yaşıllıq fondunun sağlam və dayanıqlı vəziyyətdə saxlanılmasıdır.





Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU












