Güclü qar ciddi problemlər yaratdı - Yollar bağlandı, qatar reysləri təxirə salındı

Gürcüstan ərazisində yağan güclü qar və çovğun ciddi problemlər yaradıb.
Avtosfer.az xəbər verir ki, güclü qar səbəbindən “Gürcüstan Dəmir Yolları” bir neçə istiqamətə qatar reyslərini təxirə salıb.
Bu gün və sabah Tbilisi-Ozurqeti, Batumi-Ozurgeti, Rioni-Kutaisi-Rioni istiqamətlərində qatarların hərəkəti dayandırılıb. Vətəndaşlara aldıqları biletin qiyməti tam qaytarılıb.
Bundan başqa, Gürcüstandan Rusiyaya gedən yeganə Yuxarı Lars yolu da bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
Hazırda yolda 3000-ə yaxın yük və minik avtomobili dayanıb.
Digər beynəlxalq əhəmiyyətli magistrallarda da qoşqulu və yarımqoşqulu yük maşınlarının hərəkəti qadağan edilib.
Gürcüstan polisi və fövqəladə halların idarə olunması departamentinin əməkdaşları yolda qalan sürücülərə və sərnişinlərə lazımi yardım edirlər.
Ölkənin digər bölgələrində də problemlər yaranıb. Bəzi bölgələrə elektrik enerjisinin və təbii qazın verilməsi dayanıb.
Ölkənin müvafiq qurumları əlverişsiz hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək şəxsi avtomobillərlə səyahətə çıxmamağı, Qara dəniz sahillərinə yanaşmamağı xahiş edib.
Qara dənizdə 5-6 ballıq qasırğa barədə xəbərdarlıq olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












