Gültəkin Sadıqova cəza çəkdiyi yerini dəyişmək istəyir

Neftçalanın keçmiş icra başçısı ilə birgə məhkum edilmiş müavini Gültəkin Sadıqova məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmək istəyir.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, xanım məhkum əvvəlcə yerli, daha sonra apellyasiya məhkəməsinə müraciət edib.
Gültəkin Sadıqova ərizəsində cəzasının yarıdan çoxunu ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkdiyini qeyd edib. Xüsusilə bunun nəzərə alınmasını xahiş edib.
Məhkəmələrin heç biri məhkumun müraciətini təmin etməyib. G.Sadıqovanın cəzasının qalan 1 il 2 ayını da eyni yerdə çəkməsinə qərar verilib.
Məlumat üçün deyək ki, məntəqə tipli cəzaçəkmə müəssisəsindəki şərait rahatlığına görə digərlərindən fərqlənir. Oradakı məhkumlar müəyyən vaxtlarda cəzaçəkmə müəssisəsindən kənara çıxa bilirlər.
Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər 5 il əvvəl cinayət məsuliyyətinə cəlb ediliblər. Son qərarla İ.Vəliyev 6 il 2 ay, G.Sadıqova 4 il 6 ay azadlıqdan məhrum edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












