Günəşdə ardıcıl 4 partlayış baş verib

Dekabrın 10-da “M” sinfinə aid dörd partlayış qeydə alınıb. Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. “Dekabrın 10-da Moskva vaxtı ilə saat 02:27-də (Bakı vaxtı ilə 03:27-də) rentgen diapazonunda 4296 (S18W46) ləkə qrupunda 20 dəqiqə davam edən M1.5 sinifli alışma qeydə alınıb”, - məlumatda bildirilir. Daha sonra M sinfinə aid daha üç alışma qeydə alınıb. Alışmalar il ərzində qeydə alınmış ən böyük ləkə kompleksində baş verib; bu kompleks 4294, 4296 və 4298 bölgələrindən ibarətdir. Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 sinfi Yer orbitində kvadrat metrə 10 nanovatt gücündə şüalanmaya uyğun gəlir. Hər növbəti sinfə keçiddə güc on dəfə artır. Alışmalar adətən Günəş plazmasının atılması ilə müşayiət olunur və bu buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










