Günəşdən "hədiyyə": Yeni il gecəsində maqnit qasırğası XƏBƏRDARLIĞI

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Yer kürəsini sonuncu maqnit qasırğası bürüyəcək.
Alimlərin ilkin proqnozuna görə, günəş aktivliyinin səviyyəsi G1 olacaq. Bu, ən aşağı göstəricidir, ona görə də qasırğa zəif olacaq.
Lakin meteohəssas insanlar, xüsusən də Yeni il ərəfəsində ehtiyatlı olmalıdırlar. Nəzərə almaq lazımdır ki, günəş partlayışları zamanı insanlarda daha çox stressə, yuxusuzluğa, səbəbsiz narahatlıq, əsəbilik, qorxu hissi yaranır.
Qasırğalar zamanı həkimlər hava şəraitindən asılı olan insanlara spirt və duz istehlakını məhdudlaşdırmağı, stress və əsəb gərginliyindən uzaq durmağı, daha çox su içməyi tövsiyə edir.
Vəziyyətinizi yüngülləşdirmək üçün kifayət qədər yuxu almaq və orqanizmi çox yükləməmək daha yaxşıdır. Siz həmçinin ağır yağlı qidalardan uzaq durmalı və gündə bir neçə porsiya tərəvəz və meyvə yeməlisiniz. (lent.az)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












