Günlərdir yanan gəmi ekoloji dəhşətə səbəb olub - FOTO

Şri-Lankada 25 ton nitrat turşusu daşıyan gəminin konteynerlərindən birində partlayış olub.
Avtosfer.az metbuat.az-a istinadən məlumatına görə, yanğın səbəbindən paytaxt Kolombo sahillərinə yanaşmaq məcburiyyətində qalan gəminin söndürülməsi bir neçə gündür davam edir.
Şri Lanka Hava Qüvvələri, Bell 212 helikopterlərinin köməyi ilə, söndürmə işlərində 425 kiloqram quru kimyəvi toz istifadə ediblər.

Gəmidəki neft dağılmalarının qarşısını almaq və təmizləmək üçün bir mütəxəssis qrupunun çalışsa da, gəmi yanmağa davam edərkən dənizə düşən qabların hissələri də sahilə gəlib çatıb.

Yanğın nəticəsində məhv olan gəmi indi ekoloji fəlakətə səbəb olub. Ölkənin populyar turizm məkanı olan Negombo'da sahil xətti külə bənzər bir örtüklə örtülüb. Hazırda Şri Lanka Donanması personalı qoruyucu paltar geyərək çimərliyi təmizləməyə çalışırlar.

Ekoloqlar isə yüzlərlə ton neftin sızması və gəminin batmasının dənizdəki canlıların həyatına mənfi təsir göstərəcəyindən qorxulur. Bu vəziyyətdə balıqçıların da böyük bir kütləsi gəlir itkisinə məruz qala bilər.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












