Gürcü nazir: Bakı-Tbilisi-Qars dəmir yoluna maraq artıb

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi təkcə Azərbaycan və Gürcüstan üçün deyil, dünya dövlətləri üçün də mühüm əhəmiyyət kəsb edən layihəyə çevrilib. Bu gün dəmir yolunun tam gücü ilə işə salınması istiqamətində işlər sürətlə davam edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili söyləyib.
“Gürcüstan tərəfi layihə üzrə işlərin tam başa çatdırılması üçün tədbirləri davam etdirir. Düşünürük ki, BTQ dəmir yolu tam gücü ilə işə düşdükdən sonra yükdaşınmaların həcmi 30 milyon tona çatacaq. Bu isə çox böyük rəqəmdir”, – deyə Davitaşvili vurğulayıb.
Qeyd edək ki, BTQ ilə yükdaşınmaları və yük aşırımı hər il artır. 2017-ci ildə BTQ dəmir yolu ilə 5674 ton yük daşındığı halda 2021-ci ildə bu rəqəm 483 min 290, 2022-ci ilin ilk 5 ayı ərzində isə 182 min 413 ton təşkil edib.
Ümumiyyətlə, 2017-2021-ci illər ərzində bu yol ilə 920 min 743 ton yük daşınıb.
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO












