Gürcüstan-Azərbaycan tranzit dəhlizində yeni yolun inşasına hazırlıq gedir

Gürcüstanın Kaxeti bölgəsində yeni avtomagistral üzərində Tbilisi-Saqareco yol hissəsinin inşası ilə bağlı tender elan olunub.
Avtosfer.az Report - a istinadən xəbər verir ki, bu barədə ölkənin Avtomobil Yolları Departamenti məlumat yayıb.
Məlumata görə, yüksək hərəkət intensivliyi ilə seçilən hissədə 35,2 kilometr uzunluqda dördzolaqlı asfalt örtüklü yol çəkiləcək.
Yolun inşası dövlət büdcəsindən maliyyələşdiriləcək. Layihələndirmə işlərini Dünya Bankının maliyyə dəstəyi ilə xarici şirkətlər həyata keçirib.
Üç lot üzrə elan edilmiş tenderdə Gürcüstan şirkətləri ilə yanaşı, birgə müəssisələr də iştirak edə biləcəklər.
Tbilisi-Saqareco yolu Gürcüstan paytaxtını Kaxeti regionu ilə birləşdirən, həmçinin Azərbaycanın şimal-qərb bölgəsi ilə əlaqələndirən tranzit dəhlizin bir hissəsidir. Yeni yolun inşası ilə hərəkətin təhlükəsizliyi artacaq və səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq. Layihə həmçinin Kaxetidə kənd təsərrüfatı və turizmin inkişafına dəstək verəcək, Gürcüstan ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətini artıracaq.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakının küçələri yeni tədris ilinə hazırdır?
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı










