Gürcüstan Azərbaycanla quru sərhədlərini açıb

Gürcüstan bu gündən Azərbaycanla quru sərhədlərini açıb.
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının mayın 25-də qəbul etdiyi qərarına əsasən, ölkənin quru sərhədləri iyunun 1-dən etibarən açılır.
Yeni qaydalara görə bu gündən etibarən xarici ölkə vətəndaşları son 72 saat ərzində əldə edilmiş PZR analizinin neqativ nəticəsini göstərən sənəd və yeni növ koronavirus əleyhinə tam vaksinasiya barəsində arayış təqdim edərək Gürcüstana quru sərhədləri ilə daxil ola biləcəklər.
Vaksinasiya olunmamış xarici ölkə vətəndaşları isə Gürcüstana daxil olduqdan sonrakı 72 saat ərzində növbəti dəfə öz hesablarına PZR analizi verməli olacaqlar. Test cavabı neqativ çıxan turistlərə ölkə ərazisində sərbəst hərəkət icazəsi veriləcək.
Gürcüstanın Azərbaycandakı səfirliyinin məlumatına əsasən, bu gündən etibarən Azərbaycanda olan Gürcüstan vətəndaşları ölkələrinə rahat şəkildə qayıda biləcəklər. Səfirlik öz vətəndaşlarına Gürcüstanda izolyasiyaya alınmamaları üçün gömrük keçid məntəqəsində son 72 saat ərzində əldə edilmiş PZR analizinin neqativ cavabını təqdim etmələrini tövsiyə edib.
Azərbaycana daxil olmaq istəyən Gürcüstan vətəndaşları üçün əvvəlki rejim Azərbaycan Gürcüstanla sərhədlərini açanadək qüvvədə qalacaq.
Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında quru sərhədləri yeni növ koronavirus pandemiyası səbəbi ilə ötən ilin martında bağlanılıb.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












