Gürcüstan-Rusiya avtomobil yolunun istifadəyə verilməsi bir il ləngiyəcək

Gürcüstanla Rusiyanı birləşdirəcək yeni Kveşeti-Kobi avtomobil yolu 2028-ci ildə istifadəyə veriləcək.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan infrastruktur nazirinin müavini Mzia Giorgobiani parlamentdə çıxış edərkən bildirib.
"Layihənin 2028-ci ilə qədər tamamlanması planlaşdırılır. Yol 2028-ci ildə istifadəyə veriləcək", - Giorgobiani deyib.
Onun sözlərinə görə, yeni avtomobil yolu iki hissədə tikilir. Birinci hissə 2024-cü ildə çəkilmiş 9 kilometrlik tuneldir. Hazırda tunelin tikintisini tamamlanır.
İkinci hissə isə 12,7 kilometr uzunluğunda olan tunelə giriş yoludur. Bu mərhələdə 4 tunel, 5 yeni körpünün tikintisi gedir. Daha bir körpü təmir olunacaq.
Bundan əvvəl Gürcüstanın infrastruktur naziri Revaz Soxadze Rusiyaya aparan yolun 2027-ci ildə açılacağını bildirmişdi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












