Gürcüstanda azərbaycanlıların yaşadığı iki rayon arasında yeni yol çəkilir - FOTO

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli və Qardabani bələdiyyələrini birləşdirəcək yeni avtomobil yolu salınır.
Avtosfer.az xəbər verir ki, yolun üzərində yerləşən Marneuli-Lomtaqora-Algeti trassasında bərpa işləri intensiv rejimdə davam etdirilir.
Gürcüstanın Avtomobil Yolları Departamentindən bildirilib ki, yol 15 kilometrlik uzunluqdadır və beynəlxalq əhəmiyyətli Tbilisi-Qırmızı körpü avtomobil yolunun üzərində yerləşir, həmçinin Rustavi və Marneuli arasında ən qısa yoldur.
Mövcud yol dağılmış vəziyyətdə və asfalt örtüksüzdür, bəzi hissələri isə yağışlı havada keçilməz olur.
Yol bərpa layihəsi çərçivəsində yenidən qurulacaq, asfalt örtük çəkiləcək, yerüstü keçid, avtobus dayanacağı, yol nişanları və digər infrastruktur obyektlər inşa olunacaq.
Layihənin maliyyələşdirilməsinə dövlət büdcəsindən 12,6 milyon lari vəsait ayrılıb. Bərpa işləri 2022-ci ildə başa çatdırılacaq.
Qeyd edək ki, Marneuli və Qardabani rayonları arasında birbaşa avtomobil yolu mövcud deyil. Avtomobillə Marneulidən Qardabaniyə və əksinə getmək yalnız Tbilisi vasitəsilə mümkündür.







Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












