Haaqadakı 16 nömrəli tramvay Azərbaycana dair məlumat yayır - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Niderland Krallığında fəaliyyət göstərən "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə Haaqa şəhərində Azərbaycan barədə məlumatlandırıcı aksiya keçirilir.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. Birliyin sədri Mayisə Ağamirzəyeva qeyd edib ki, mayın 31-dən etibarən Haaqanın mərkəzi hissəsində hərəkət edən 16 nömrəli tramvayın üzərində Azərbaycanın üçrəngli dövlət bayrağının, Bakıdakı İsmailliyə binasının, Qarabağ bölgəsinin füsunkar təbiətinin, Şuşa qalasının fotoşəkilləri yerləşdirilib. Bu marşrut Parlament binası, Sülh sarayı, mərkəzi dəmiryolu vağzalı yerləşən küçələri, yay mövsümündə isə çimərliklərə uzanan yolları da əhatə edir. Karantin qaydalarının yumşaldılması bu ərazidə yerli sakinlərin və turistlərin yenidən izdiham təşkil edəcəyindən xəbər verir. Məlumatlandırıcı aksiya əhalinin və şəhərin qonaqlarının diqqətini Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə və füsunkar təbiətinə cəlb etmək məqsədi daşıyır.
Qeyd edək ki, aksiyanın 3 ay davam etməsi və avqustun 31-də başa çatması nəzərdə tutulub.

Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












