Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu CƏZALANDIRILDI

Bakıda “Land Rover” markalı, “AA” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü saxlanılıb.
Avtosfer.az qaynarinfo-ya istinadən xəbər verir ki, avtomobili idarə edən 2008-ci ildə Bakı şəhərində anadan olmuş, Masallı rayonunda qeydiyyatda olan Zeynalov İ. İsmayil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 342.9-cü maddələri ilə protokol tərtib olunub.
Aparılan araşdırma zamanı İ. Zeynalovun nəqliyyat vasitəsinin etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi müəyyənləşib. Həmçinin “Land Rover” markalı nəqliyyat vasitəsinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs işıq siqnalları ilə təchiz edildiyi aşkarlanıb.
Məhkəmə iclasında iştirak edən şəxs özünü təqsirli bilərək, atası İsmayil Zeynalova məxsus nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyini deyib.
Məhkəmənin qərarı ilə avtomobildə qurlaşdırılan xüsusi (çox avazlı) səs siqnalı dövlət nəfinə müsadirə edilməklə İ. Zeynalov barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Qeyd edək ki, İ.Zeynalovun atası İsmayil Zeynalovun iş adamı olduğu deyilir və rayonda Hacı İsmayıl kimi tanınır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












