Hacı Surxay Məmmədli: “Mən fateh sərkərdəyə səs verəcəyəm”

“Mən və yaxınlarım Qarabağda torpaqları öz azadlığına qovuşduran, burada Azərbaycan bayrağını qaldıran, məscidlərdə yenidən azanı səsləndirən fateh sərkərdəyə səs verəcəyəm”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçəri şəhər “Cümə” məscidi dini icmasının sədri, professor hacı Surxay Məmmədli bu gün məsciddə cümə günü münasibəti ilə keçirilən xütbəsində deyib.
Hacı Surxay deyib: əminəm ki, fevral ayının 7-də Prezident seçkiləri, inşallah çox yüksək səviyyədə keçəcəkdir. Hər kəsin seçim hüququ var və hər kəs seçim hüququnda azaddır. Burada heç bir məcburiyyət yoxdur. Mən isə öz seçimimi etmişəm. 30 ildən çox torpaqlarımız işğal altında olub, burada dədə-babalarımızın yurdları, qəbirləri, dini ibadət yerlərimiz tapdalanıb, vəhşicəsinə dağıdılıb.
Ona görə də seçimim məlumdur. Şəhidlərimizin ruhu qarşısında baş əyərək bildirirəm ki, bizim bu haqq seçimimiz gələcəyimizin, balalarımızın xoşbəxt gələcəyi naminədir. Fikrimi bununla tamamlamaq istəyirəm: Qurani Kərimin Ali İmran surəsinin 103-cü ayəsində Allah Taala buyurur: “Hamılıqla Allahın qırılmaz ipinə möhkəm sarılın səpələnməyin!” Hər kəsi Azərbaycanımız üçün birliyə, vəhdətə dəvət edirəm. Allah dövlətimizi qorusun və bayrağımızı daima uca eləsin.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












