Hacıqabulun Qızılburun və Qarasu kəndlərinin su təchizatı yaxşılaşdırılır - FOTO

“Azərsu” ASC daxili imkanları hesabına Hacıqabul rayonunun içməli su çatışmazlığından əziyyət çəkən Qızılburun və Qarasu kəndlərində mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradır.
Bu barədə Avtosfer.az-a qurumdan bildirilib.
Məlumata görə, Qızılburun kəndinin əhalisi uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkib. Vaxtilə kəndin bir hissəsinə Kür-Bakı magistral kəmərindən su verilib. Lakin mərkəzləşdirlilmiş su şəbəkəsi olmadığından sakinlər fərdi çəkilmiş xətlərdən istifadə edib. Tikinti qaydalarına və texniki normalara cavab verməyən, bəzi hallarda bir neçə həyətyanı sahədən keçən xətlərlə sudan normal qaydada istifadə etmək mümkün olmurdu. Bəzi hallarda sakinlər içməli suyu maşınlarla almaq məcburiyyətində qalırdı.

Kür-Bakı magistral kəmərindən qidalanan Qarasu kəndində də mərkəzləşdirilmiş paylayıcı şəbəkənin olmaması, fərdi xətlərin isə yararsız vəziyyətə düşməsi kəndin su təminatında ciddi çətinliklər yaradırdı.
Bütün bunlar nəzərə alınaraq “Azərsu” kəndlərdə içməli su layihələri həyata keçirilib. Qızılburun kəndinin mövcud su təchizatı sisteminin yenidən qurulması məqsədi ilə Kür-Bakı su kəmərindən 3 km magistral su xətti çəkilib, 13 km kənddaxili paylayıcı şəbəkə qurulub və 250-dək ünvana birləşmə verilib. Növbəti mərhələdə hər abunəçi sayğacla təmin olunacaq.
Qarasu kəndində icra olunan layihəyə əsasən kənddə 3 km magistral su kəməri, 27 km payılayıcı su şəbəkələrinin tikintisi planlaşdırılıb. Yeni yaradılan şəbəkədən 470 ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq.
Bu layihələr hesabına Qarasu və Qızılburun kəndlərinin 4 mindən çox sakini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.



Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək












