Hamlet İsaxanlı iddialara aydınlıq gətirdi: "Yeni rektor qızım deyil, qohumumdur"

"15 ildir Xəzər Universitetinə təyin olunan rektorların hamısı xaricdən dəvət olunmuşdu. Birinci rektor Nyu-York Dövlət Universitetindən, ikinci Ohayodan, üçüncü isə Yeni Zelandiyadan gəlmişdi. Bu dəfə isə öz məzunumuzun namizədliyi üzərində dayandıq".
Avtosfer.az xəbər verir ki, bu sözləri "Teleqraf"a açıqlamasında Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı rektor təyinatı ilə bağlı danışarkən deyib.
O, yeni rektorun bütün fəaliyyətinin universitetlə bağlı olduğunu vurğulayıb.
"2010-cu ilə qədər universitetdə qurucu rektor kimi fəaliyyət göstərmişəm. Elə həmin ildən qərara gəldim ki, daha çox strateji məsələlərlə məşğul olum və rektor vəzifəsinə yeni şəxslər təyin edilsinlər. Bu məqsədlə həm özümüz namizədlər axtarır, həm də təkliflərə açıq oluruq. Proses, adətən, uzun çəkir, çünki hər bir namizədlə görüşlər keçirir, fikirləri dəyərləndiririk. Xaricdən və ölkə daxilindən namizədlərimiz olur.
Nizamnaməyə əsasən, rektor Direktorlar və Qəyyumlar Şurası tərəfindən təsdiqlənir. Bu dəfə Raziyə xanımın üzərində dayandıq.
Onun bütün fəaliyyəti Xəzər Universiteti ilə bağlı olub. Bakalavr, magistr təhsilini fərqlənmə ilə bitirib. Universitetdə müəllim kimi çalışıb. Dəfələrdə xarici ölkələrdə təcrübə keçib. Təhsilini xaricdə davam etdirməsi üçün biz onu Finlandiyaya göndərmişdik. Orada doktorluq dərəcəsini uğurla müdafiə etdi. Qayıtdıqdan sonra Raziyə xanım fakültə dekanı seçildi. Son dərəcə fəal və təşəbbüskar bir insandır, ingilis dilini əla bilir", - universitetin təsisçisi qeyd edib.
Hamlet İsaxanlı yeni rektorun onun qızı olması barədə yayılan fikirlərə də münasibət bildirib:
"O, mənim qızım deyil, lakin qohumumdur və bunun məsələ ilə heç bir əlaqəsi yoxdur. Raziyə xanım əmim oğlunun qızıdır, qeyri-adi dərəcədə qabiliyyətli insandır. İndiyədək bu vəzifədə olanların heç biri mənim qohumum və ya tanışım olmayıb".
Qeyd edək ki, Xəzər Universitetinə yeni rektor təyin edilib. Bu posta Raziyə İsayeva gətirilib. Bildirilib ki, R.İsayeva bundan əvvəl universitetin İqtisadiyyat və menecment fakültəsinin dekanı vəzifəsində çalışıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












