Hansı universitetlərdə dərslər 4 gün OLACAQ? - Rəsmi AÇIQLAMA

Sentyabrın 15-dən etibarən Bakı Dövlət Universitetində bəzi ixtisaslarda dərslər həftədə 4 gün keçirilir. Digər universitetlərin tələbələrinə də maraqlıdır ki, onlarda da dərs qrafiki 4 gün ola bilər?
Avtosfer.az xəbər verir ki, Bizim.Media mövzuyla əlaqədar bəzi universitetlərə sorğu ünvanlayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev bildirib ki, hazırda ADPU-da dərslərin 4 günlük rejimə keçirilməsi planlanmır.
Azərbaycan Texniki Universitetinin (AZTU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc İsgəndərova da bildirib ki, AZTU-da bakalavriat səviyyəsində dərslər 5 gün davam edir və hər hansı dəyişiklik olarsa ictimaiyyətə məlumat veriləcək.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin ( AZMİU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nicat Abdullayev isə qeyd edib ki, 4 günlük dərs qrafikinə keçmək dərs yükünün az olmasıyla əlaqəlidir. Bu, AZMİU-da əvvəlki illərdə olub. Bu il də bəzi ixtisaslarda tətbiq olunur.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Elnur Hadıyev universitetdə bakalavriat səviyyəsində dərs qrafikində dəyişikliyin olmayacağını bildirib. Ancaq magistraturada vəziyyət fərqlidir:
“ADNSU-da bakalavr təhsil səviyyəsində dərslər əvvəlki illərdə olduğu kimi 5 gündür. Yaxın gələcəkdə necə olacağıyla bağlı hələki qərar yoxdur. Ancaq magistraturada isə dərslər I kurslarda həftədə 3 gün, II kurslarda isə 4 gündür”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












