Harvard məzunu Azərbaycanda Prezident Administrasiyasında yüksək vəzifəyə təyin edilib - DOSYE

Harvard Universitetinin hüquq fakültəsinin məzunu Araz Poladov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri vəzifəsinə təyin edilmişdir.
Avtosfer.az xəbər verir ki, Araz Poladov 2016-cı ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2017-ci ildə Vyana Universitetində Avropa və beynəlxalq biznes hüququ üzrə, 2019—2020-ci illərdə isə Harvard Universitetində hüquq üzrə magistr pilləsini (LLM) bitirib.
Araz Poladov əmək fəaliyyətinə 2017-ci ildə Bakı Dövlət Universitetində müəllim kimi başlayıb, eyni zamanda “Baker McKenzie CİS Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında təcrübəçi hüquqşünas kimi fəaliyyət göstərib, 2018 – 2019-cu illərdə “AZİP Hüquq Firması” MMC-də hüquqşünas, 2020 – 2021-ci illərdə isə idarəedici hüquqşünas kimi fəaliyyətini davam etdirib.
Araz Poladov 2021—2023-cü illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində “Shearman and Sterling” hüquq şirkətində hüquqşünas vəzifəsində çalışıb.
O, 2022-ci ildən hüquq üzrə fəlsəfə doktorudur.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












