Azərbaycanda təyyarə ilə səfər üçün tələblər dəyişib - VİDEO

Hava nəqliyyatı ilə sərnişindaşımada COVID-19-a dair testlə bağlı tələblər dəyişib.
Nazirlər Kabinetindən verilən məlumata görə, bundan sonra Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılar müəyyən şərtlərlə sərnişinləri reysə qəbul edəcəklər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin səfəri 18 yaşdan yuxarı sərnişinlər üçün yalnız COVID-19 pasportu və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd, həmçinin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında reallaşacaq.
1-18 yaş arasında sərnişinlərin səfəri isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında həyata keçiriləcək.
Azərbaycan vətəndaşları da əgər xaricdən ölkəmizə gəlirlərsə, onlar da uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd təqdim etməlidirlər.
Qərara əsasən, Azərbaycanda təyyarədə sərnişinlərə əl yükünün daşınmasına qoyulan qadağalar da aradan qaldırılacaq.
Qeyd edək ki, indiyədək Azərbaycandan yola düşən sərnişinlərin arayışlarının yoxlanması terminalların girişində fəaliyyət göstərən tibb personalı tərəfindən həyata keçirilirdi. Sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olması bu arayışlar əsasında həyata keçirilirdi. Artıq bu tələb də ləğv edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












