Həbs edilən qadın müəllim və aptek sahibinin işi - Moykada nə satırmış?

150 nömrəli məktəbdə müəllim daha sonra isə texniki işçi kimi çalışan qadın növbəti dəfə hakim qarşısına çıxarılıb. Narkotik vasitələrin satışında ittiham olunan qadınla birlikdə daha bir nəfər hakim önünə çıxarılıb.
Avtosfer.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Mirvari Hüseynova və Elşən Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində Ramil Cavadov ifadə verib.
Şahid baş verən hadisələrdən xəbərsiz olduğunu deyib. Hakim isə ona xatırladıb ki, rəsmi sənədlərdə adı direktor olaraq qeyd edilir.
R.Cavadov deyib ki, Elşən Məmmədlinin xahişi ilə buna razı olub, amma faktiki olaraq aptekin necə işləməsini bilməyib.
Məhkəmə bu ifadəni səmimi və inandırıcı hesab etməyib. Hakim bildirib ki, R.Cavadovun əməlləri ilə bağlı araşdırma aparılmalıdır. Buna görə də onu növbəti prosesdə daha geniş şəkildə dindirəcəklər.
Şahid Gülay Musayeva dindirilən zaman bu işdə adı çəkilən aptekdə satıcı işlədiyini deyib.
Aptek "Molekul" MMC-yə məxsus olub. Şahid deyib ki, dərmanlar aptekə depodan gəlib. O, tramadol və digər narkotik tərkibli dərmanların satışından xəbərsiz olduğunu deyib. Bildirib ki, bəzən bağlı paketlərdə kimlərsə aptekdən mal aparıb.
Gülay Musayeva aptekin direktoru kimi həm Elşən Məmmədlini, həm də Ramil Cavadovu tanıdığını bildirib.
Şahid Yadigar Xəlilov ifadəsində deyib ki, təqsirləndirilən Mirvari Hüseynovanın moyka və kafesi olub
Yadigar moykada işlədiyini və Mehriban Hüseynovanın tramadol satmasından xəbərinin olmadığını deyib.
Hakim isə xatırladıb ki, istintaq zamanı Mirvari Hüseynovadan br listi 12 manata tramadol aldığını deyib.
Yadigar Xəlilov hakimin xatırlatmasından sonra bu ifadəsini təsdiqləyib.
Qeyd edək ki, 57 yaşlı M.Hüseynova Bakı Metropolitenində polis tərəfindən saxlanılıb. O, psixotrop dərmanlar satmaqda şübhəli bilinib.
Axtarış zamanı onun çantasında 900 ədəd psixotrop "Tramadol" həbi və 56 ədəd "Paden-300" kapsulu tapılıb.
M.Hüseynovanın təkbaşına fəaliyyət göstərməyib. M.Hüseynova Elşən Məmmədli ilə əlbir olub. E.Məmmədli Bakıda aptek işlədirmiş.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












