"Həmin vətəndaş işlətmədiyi qaza görə necə xərc ödəsin?" - Deputat

"İstilik və s. sahələrdə xərclər əhaliyə satdığımız qədərdən xeyli çoxdur. Burdan belə məntiq çıxır ki, indi olmasa da, növbəti mərhələdə qiymətlərin artmasına gətirib çıxaracaq”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
“Hansı ölkələrdə istiliklə, qazla və s.ilə bağlı bu dərəcədə inhisarlaşmış şəraitdə bu üsuldan istifadə olunur? Hansı ölkələrdə bizdəki kimi keyfiyyətdə problem olanda təklif olunan üsuldan istifadə olunur? Bu suallar çoxdur. Rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi, belə şeylərlə xərcləri tamamlamaq mümkün olmayacaq. Bu yenilik qəbul olunandan sonra onun maliyyə tutumu nə qədər olacaq? Dağ yerlərində insanlar qazın pulunu verə bilməyəndə, qazı saxlayırlar və oduna keçirlər. Odun da baha olduğundan həyətlərindəki ağacları kəsirlər. Məntiq hardadır ki, qazın pulunu ödəyə bilməyib qazı bağlayır, odun ala bilmir həyətindəki ağacı kəsir və ona əlavə deyəsən ki, işlətmədiyin qaza görə xərc ödəməlisən. Burda heç bir məntiq görmürəm. Optimal üsul həmin sahələrdə islahatlara getmək, islahatları həyata keçirməklə çox eybəcərləşdirilmiş o sahədəki idarəetmə sistemini təkmilləşdirmək və sonra isə xərclərin azaldılmasına nail olmaqdır, - deyə Əli Məsimli bildirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












