Hərbçilərlə bağlı Əsasnaməyə dəyişiklik olunub

“Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik olunub.
Avtosfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətməklə hərbi xidmətdən buraxılan şəxslərlə yanaşı, (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), xidməti uyğunsuzluğa görə hərbi xidmətdən buraxılanlar da (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək.
Qanun layihəsi üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA












