Hərbi texnikalarımızın üzərinə yazılan hərflərin mənası nədir? - FOTO

Son günlərdə sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərinə hərflərin yazılmasıdır. Bunu əks etdirən görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra müxtəlif fikirlər ortaya atılır.
Bəziləri bu hərflərin xüsusi məna daşıdığı fikrini irəli sürürlər.
“Qafqazinfo”nun məlumatına görə, hərbi texnikanın üzərinə hərflərin yazılması əvvəlki illərdə də müşahidə edilib. Amma bu, hər hansı bir ideoloji məna daşımır.
Məsələn, əvvəlki illərdə hərbi texnikalarımızın üzərinə ortasından xətt çəkilmiş “B”, “Z”, “N” kimi hərflər yazılıb. Bu, qrupların, bölmələrin adlarının baş hərfləridir.
Bunun yazılmasında məqsəd isə hərbi qulluqçuların təhlükəsizliyini təmin etmək və əməliyyatların havadan, qurudan idarəedilməsini asanlaşdırmaqdır. Yəni bir növ fərqləndirmə nişanlarıdır və bu nişanlar hərbi texnikaların yanlarına və üstünə vurulur.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












