Hərbiyə aparsalar, gedib özüm qisasımı alardım, amma 16 yaşım var - Erməni raketinin qurbanı danışır

Birinci raket düşəndə özümü atdım çölə. Dönərxanada idim. Gördüm ayağımdan qan axır, yeriyə bilmirəm. Sürünə-sürünə getdim. Dostum qaça-qaça yanıma gəldi. Qucağına alıb məni zirzəmiyə aparmaq istədi. Qəfil ikinci raket 10 metr məsafədə qarşımıza düşdü. Onun zərbəsi məni kənara tulladı. Bu vaxt gördüm ki, qolumu hiss eləmirəm. Qoluma qəlpə dolub, qolum qırılıb. Uzanıb o vəziyyətdə də qaldım. Sonra bir də baxdım ki, xəstəxanadayam.
Avtosfer.az xəbər verir ki, bunu trend-ə erməni silahlı birləşmələrinin Bərdə şəhərinə atdığı raket nəticəsində yaralanan və hazırda xəstəxanada müalicə alan Əliyev Elvin Elgiz oğlu deyib.
16 yaşlı Elvin bildirib ki, Allah əsgərlərimizin canını sağ eləsin: "Əsas onlardır, mən sağalıb yenidən normal həyata qayıdacam. Hərbiyə aparsalar, gedib özüm qisasımı alardım, amma 16 yaşım var".
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












