Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Təhsil və sosial müdafiə sahəsində irimiqyaslı layihələri ilə tanınan Heydər Əliyev Fondu, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) və Həmdan bin Rəşid Al Məktum Fondunun 4-cü birgə "Həmdan-İSESKO" mükafatının qalibləri sırasına daxil olub.
Avtosfer.az xəbər verir ki, mükafat İslam dünyası ölkələrində tədris müəssisələrinin inkişafına və təhsil mühitinin dəstəklənməsi təşəbbüslərinə görə töhfələrə görə təqdim edilir.
Bu il yeddi ölkədən doqquz təhsil təşəbbüsü birincilk uğrunda mübarizə aparıb.
Heydər Əliyev Fondu təkcə İslam dövlətlərində deyil, müsəlman dünyasından kənarda da məktəblərin tikintisi və bərpasını həyata keçirən "Təhsil və sosial müdafiə layihəsi"nə görə mükafata layiq görülüb.
"Həmdan-İSESKO" mükafatının digər qalibləri arasında Yəmənin "Hədrəmaut" Fondu və Mərakeş İbtidai Təhsil Fondu var.
Qaliblərin mükafatlandırılması yaxın vaxtlarda rəsmi mərasimdə baş tutacaq və burada onların İslam dünyasında təhsilin dəstəklənməsi və təşviqi sahəsindəki nailiyyətləri qeyd olunacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












