Hikmət Hacıyev: “Danışıqlar prosesi o zaman uğurlu olar ki, normal danışıqlar apara biləcəyiniz tərəf olsun”

Bakı Qarabağ münaqişəsinin həlli üçün yeni bir mexanizmə ehtiyac olmadığını hesab edir və mövcud olan bütün imkanlardan istifadə etməyə hazırdır.
Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “RİA Novosti”yə müsahibəsində deyib.
“Hazırda fərqli fikirlər var: təmas qrupu, təmas mexanizmləri yaratmaq. Ancaq eyni zamanda ATƏT-in Minsk Qrupu formatı mövcuddur. Azərbaycan bütün imkanlardan istifadə etməyə hazırdır. Ən əsası münaqişənin siyasi həll yolunu tapmaq və Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması, Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsidir”, - deyə H.Hacıyev bildirib.
Onun sözlərinə görə, Ermənistan destruktiv siyasət nümayiş etdirir və münaqişənin siyasi yolla həll olunmasında maraqlı deyil:
“Danışıqlar prosesi o zaman uğurlu ola bilər ki, normal danışıqlar apara biləcəyiniz bir tərəf olsun. Ancaq mövcud vəziyyətdə danışıqlar prosesi çərçivəsində belə bir tərəfdaş yoxdur”.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











