Hikmət Hacıyev: “Düşmən Tərtəri vurur, Bərdədə hərəkətlilik var”

“Erməni silahlı qüvvələri hazırda Tərtər şəhərini vurmaqda davam edirlər. Onların artilleriya və raket zərbələri kontekstində Bərdə şəhərinin ətrafında da bəzi hərəkətlilik var”.
Avtosfer.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdə səfərində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistanın cinayətlərinin həddi-hüdudu yoxdur:
“Ermənilər o qədər çərçivələri aşıblar ki, diplomatların, xarici medianın olduğu yerdə də bu cinayətlərini davam etdirirlər”.
H.Hacıyev qeyd edib ki, hər bir fakt sənədləşdirilir:
“Biz ermənilərin xislətini gözəl bilirik. Bunun üçün beynəlxalq junalistlərin, diplomatların və hərbi attaşelərin iştirakı ilə bunlar sənədləşdirilir ki, danmasınlar.
Hüquq-mühafizə orqanları tərəfindən hadisələrlə bağlı cinayət işləri açılıb. Cinayət varsa, cəzası da olacaq”.
“Biz hüquqi müstəvidə də fəaliyyətimizi davam etdirəcəyik”, - deyə H.Hacıyev əlavə edib.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












