Hikmət Hacıyev Qazaxıstan səfiri ilə əməkdaşlığı müzakirə etdi

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Tərəflər ötən il ərzində ikitərəfli əməkdaşlığın yekunlarını nəzərdən keçirib və yaxın perspektiv üçün planları müzakirə ediblər.
Alim Bayel qarşılıqlı səfərlərin yüksək dinamikasını əməkdaşlığın intensivliyinin mühüm göstəricisi kimi qeyd edib. Son üç il ərzində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana altı dəfə səfər edib, Prezident İlham Əliyev isə Qazaxıstanda beş dəfə səfərdə olub.
Qeyd olunub ki, 8 avqust 2025-ci il tarixində Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişəyə son qoyulub. Sülh yolu ilə nizamlanmaya dair tarixi Bəyannamə imzalanıb. Qazaxıstan da sülh prosesinə öz töhfəsini verərək 2024-cü ildə Azərbaycan–Ermənistan danışıqları üçün platforma təqdim edib. “Rəmzi və praktiki əhəmiyyət daşıyan fakt ondan ibarətdir ki, 30 il ərzində ilk dəfə Azərbaycan ərazisindən Ermənistana buraxılan yük məhz Qazaxıstan buğdası olub. Tərəflər kommunikasiyaların bundan sonra da açılmasının vacibliyini qeyd ediblər. 2025-ci ilin əhəmiyyətli hadisələrindən biri Azərbaycanın Mərkəzi Asiya liderlərinin zirvə görüşləri formatına tamhüquqlu şəkildə qoşulması olub. Qazaxıstan bu prosesə hərtərəfli dəstək göstərib. Qazaxıstanın lideri Kasım-Jomart Tokayev Azərbaycan mətbuatına verdiyi şərhdə Azərbaycanın C5 + ABŞ formatında iştirakını görməkdən məmnun olacağını bildirib”, - məlumatda deyilir.
Tərəflər birgə investisiya fondunun imkanlarından istifadə etməklə iqtisadi və sənaye kooperasiyasının gücləndirilməsinin zəruriliyini, nəqliyyat-logistika və enerji əməkdaşlığının bundan sonra da inkişaf etməsinin vacibliyini vurğulayıblar.
Həmçinin beynəlxalq və regional gündəliyə dair məsələlər müzakirə edilib. Qazaxıstanın və Azərbaycanın Avrasiya məkanında yeni geosiyasi və geoiqtisadi arxitekturanın formalaşdırılmasında birlikdə fəal iştirak etməsi qeyd olunub.
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
Xırdalan parkında təhlükəli vəziyyət: Naqillərin üzəri açıq qalıb - VİDEO
İlham Əliyevdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvana uçuşlar təxirə salındı - AZAL səbəbini açıqladı










