Hindistan aviaşirkəti gələn aydan Azərbaycana birbaşa uçuşlara başlayacaq - FOTO

Hindistanın “IndiGo Airlines” şirkəti gələn aydan Hindistandan Azərbaycana birbaşa uçuşların həyata keçirilməsini planlaşdırır.
Dövlət Turizm Agentliyinin məlumatına görə, bu barədə qurumun sədri Fuad Nağıyevlə Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan arasında keçirilən görüşdə məlumat verilib.
Tərəflər münasibətlərin inkişaf perspektivləri, qarşılıqlı tanıtım tədbirləri, ölkəmizdə hindistanlı turistləri cəlb edən mədəni-tarixi amillər, son dövrlərdə hindistanlı turistlərin Azərbaycana səfərlərinin intensivləşməsi, birbaşa uçuşların sayının artırılması məsələlərini müzakirə ediblər.
Bu ilin I yarısında Hindistandan Azərbaycana 47 670 nəfərdən çox şəxs səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1,7 dəfə artım deməkdir.
Hindistan vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş “e-visa” sistemi tətbiq olunur. Onlar ölkəmizə “Azərbaycan Hava Yolları” QSC-nin Delhi-Bakı-Delhi istiqamətində həyata keçirdiyi birbaşa uçuşlar vasitəsilə gələ bilirlər.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












