Hindistan aviaşirkəti ilk dəfə Bakı-Dehli marşrutu üzrə birbaşa uçuşlara başladı

Hindistanın “IndiGo Airlines” şirkəti Dehli-Bakı-Dehli istiqamətində ilk dəfə avqustun 11-dən birbaşa uçuşlara başlayıb.
“Report”un əldə etdiyi məlumata görə, Hindistan aviadaşıyıcısı Bakı ilə Dehli arasında həftənin bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və şənbə günləri olmaqla dörd reys həyata keçirəcək.
Əks istiqamətdə uçuşlar isə bazar ertəsi, çərşənbə, cümə və bazar günləri reallaşdırılacaq. Azərbaycan paytaxtı “IndiGo” şirkətinin uçuş həyata keçirdiyi 30-cu istiqamətdir.
Bu ilin I yarısında Hindistandan Azərbaycana 47 670 nəfərdən çox şəxs səfər edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1,7 dəfə artım deməkdir.
Hindistan vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş “e-visa” sistemi tətbiq olunur. Onlar ölkəmizə indiyədək “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Dehli-Bakı-Dehli istiqamətində həyata keçirdiyi birbaşa uçuşlar vasitəsilə gələ bilirdilər.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq uçuşlar müvəqqəti olaraq dayandırılmışdı və ötən ilin avqust ayından Azərbaycan aviadaşıyıcısı Bakıdan Dehliyə və əks istiqamətdə uçuşları bərpa etdi. AZAL Bakıdan Dehliyə həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri, əks istiqamətdə isə çərşənbə axşamı, cümə axşamı və bazar günləri olmaqla həftədə üç reys həyata keçirir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












