İdman zallarına bu halda icazə veriləcək - QAYDALAR

İyulun 1-dən İdman və sağlamlıq-bərpa obyektlərinin fəaliyyətinə orada çalışan işçi heyətin ən azı 80%-nin "peyvənd sertifikatı"na və ya "immunitet sertifikatı"na malik olması halında icazə veriləcək.
Bu, idman və sağlamlıq-bərpa obyektlərində koronavirus infeksiyasının idarə olunmasına dair metodiki göstərişdə əksini tapıb.
Qeyd olunub ki, idman obyektlərində hazırkı Metodiki Göstərişlərə əməl edilməsinə nəzarət üçün cavabdeh əməkdaş təyin ediləcək. İdman obyektlərinin ümumi istifadə yerlərində (holl, qeydiyyat masası və s.) işarələr qoyulmaqla insanlar arasında 1,5 metrdən az olmayan sosial məsafə təmin olunacaq.
Əməkdaşlar birdəfəlik maska (hər üç saatdan bir və islandıqca dəyişdirilməsi ilə), yaxud filtrli maskalarla, əlcəklə, dezinfeksiyaedici salfetka, əl dezinfektantları ilə fasiləsiz təmin olunmalıdır.
İdman avadanlıqları arasında 1,5 metr məsafə təmin olunmalı, idman zallarında hər istifadəçi üçün minimum 4 kvadrat metr sahənin nəzərdə tutulmalıdır.
Məşqçi heyət yalnız məşq vaxtı istisna olmaqla maskadan istifadə etməlidir.
İdman obyektlərində qidalanma COVID-19 pandemiyası dövründə ictimai-iaşə müəssisələrinə şamil edilən norma və qaydalara uyğun həyata keçirilməlidir.
Bildirilib ki, idman obyektlərinin girişləri təmassız termometrlərlə təmin edilməli, əməkdaşların iş günü ərzində 2 dəfə (səhər və işin sonunda), istifadəçilərin isə giriş zamanı hərarətlərinin ölçülməsi, simptomlu (hərarətin yüksəlməsi, öskürək, zökəm, nəfəs darlığı, ishal və s.) olanların içəri buraxılmaması və tibb məntəqəsinin əməkdaşlarına bildirilməli, idman obyektlərinin girişlərində və əlçatan zonalarda əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərin yerləşdirilməli, əməkdaşlar və istifadəçilər onlardan mütəmadi olaraq istifadə etməyə təşviq edilməlidir./milli.az
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












