İ.Əliyev: “İrəvanın münaqişənin həll prosesi üzrə işə qadir olduğuna şübhə edirəm”

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla Moskvada danışıqlara hazır olduğunu bəyan edib, lakin İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə konstruktiv iş qabiliyyətinə şübhə ilə yanaşır.
“Belə dəvət almamışam (Moskvada danışıqlar üçün - red.). Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşlərində dəfələrlə iştirak etmişəm, lakin Ermənistanda Paşinyan hakimiyyətə gələndən sonra bu cür görüşlər keçirilməyib. Ermənistanın keçmiş prezidentləri ilə bu cür görüşlər olub və mən heç zaman onlardan yayınmamışam”, - İlham Əliyev “İnterfaks”a müsahibəsində bildirib.
Prezident vurğulayıb ki, bu görüşləri müsbət hesab edib, çünki Rusiya Minsk qrupunun həmsədri kimi, nizamlanma prosesində xüsusi rol oynayır.
“Rusiyanın hər zaman həm Ermənistan, həm də Azərbaycanla sıx əlaqələri olub və bu gün siyasi, iqtisadi əlaqələr nöqteyi-nəzərindən Rusiya Azərbaycan və Ermənistanla çox fəal əməkdaşlıq edir, bizim qonşu dövlətdir.
Bu səbəbdən, əlbəttə ki, bu cür görüşlərin əksəriyyəti Rusiya ərazisində keçirilib, lakin Paşinyanın dövründə bu cür görüşlər olmayıb. Ermənistan rəhbərliyinin qeyri-adekvatlığını nəzərə alaraq, bu görüşlərin nə dərəcədə səmərəli olacağını deyə bilmərəm. Ancaq belə təklif olarsa, biz hər zaman bunu müsbət qiymətləndirmişik və nəzərdən keçirəcəyik”, - o qeyd edib.
Azərbaycan Prezidenti “Moskvaya Ermənistanın baş naziri ilə danışıqlara gəlməyə hazırdırmı?” dəqiqləşdirici suala cavabında “Bəli” deyib.
“Həm də, sizin qeyd etdiyiniz kimi, heç bir ilkin şərt olmadan. Sabah xarici işlər nazirlərimizin Cenevrədə görüşəcəkləri, yenə də heç bir şərt olmadan, bunun göstəricisidir. Hətta, demək istərdim ki, münaqişə başlayan kimi xarici işlər nazirimiz Moskvaya getdi, baxmayaraq ki, həmsədrlərlə görüş məqsədilə Cenevrəyə səfəri planlaşdırılmışdı (oktyabrın 8-də - red.).
Bir həftə öncə, oktyabrın əvvəlində səfəri planlaşdırılan Ermənistanın xarici işlər naziri isə imtina etdi. Humanitar atəşkəs məsələsinin razılaşdırılması məqsədilə xarici işlər nazirlərinin görüşünə (oktyabrın 10-da - red.) dair təklif gələn kimi bizim xarici işlər naziri Cenevrədən Moskvaya gedib.
Yəni biz heç bir şərt irəli sürmürük. Ancaq yenə də Ermənistanın hazırkı hakimiyyətinin həll üzrə konstruktiv işə qadir olduğuna böyük şübhələrim var”, - Azərbaycan prezidenti bildirib.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












