İki qaziyə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qazilərin sosial dəstəklə təminatı işləri çərçivəsində bu gün Vətən müharibəsi qazilərindən daha iki nəfərinə kiçik biznes sahələri yaratmaları üçün aktivlər təqdim edilib.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, müharibə əlilləri Camal Alxasov avtoyuma, Pərvin Rzayev isə dönər istehsalı üzrə kiçik biznes fəaliyyətlərini qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlarla təmin olunublar.
Aktivlər Nazirliklə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlıq çərçivəsində verilib.
Camal Alxasov bir qədər əvvəl Nazirlik tərəfindən mühərrikli təkərli oturacaqla təmin edilib, həmçinin onun yüksək texnologiyalı protezlə təminatı üçün də işlər aparılır.
Ümumilikdə postmüharibə dövründə icra olunan sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 6 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib. Onlardan 4 666 şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub, 430 nəfərə münasib işlərə göndəriş verilib, 930 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.




Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB










