İlon Maskın yeni açılan sürətli yeraltı tuneli istifadəçilərini məyus etdi

İlon Maskın sahibi olduğu “The Boring Company” şirkəti tərəfindən layihələndirilmiş sürətli yeraltı tunel istifadəyə verilib.
İlk “Loop Transportation System” yeraltı tuneli Los-Ancelesdəki konfrans mərkəzinin altında inşa olunub. İki ədəd birtərəfli tuneldən ibarət nəqliyyat infrastrukturu gözlənilən ümidləri doğrultmayıb.
Belə ki, öncədən bəyan olunduğu kimi, tunelin daxilində Tesla avtomobili ilə saatda 200 km/saat sürətlə hərəkət etmək mümkün olmayıb. Avtomobillərin sıxlığından maksimal sürət yalnız 60 km/saata çatıb. Bununla yanaşı, tunel yalnız üç dayanacaqdan ibarət olduğu üçün onun vasitəsilə konfrans mərkəzinin istənilən yerinə gedib çatmaq elə də əlverişli deyil.
Bir sözlə, iki il ərzində inşa olunan tunel onu səbirsizliklə gözləyənləri məyus edib. Onun inşasının davam etdiriləcəyi isə sual altındadır. Ən azı ona görə ki, tunelin hər 1.5 km-lik hissəsi 1 milyard dollara başa gəlir.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












