İmişlidə şəhid adlarına olan küçələr asfaltlandı - FOTO

Son vaxtlar İmişli Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində avtomobil yollarının yenidən qurulması ənənə halını alıb.
Avtosfer.az xəbər verir ki, İmişli şəhərində şəhid Emin Süleymanov və Əmral Xəmmədovun adını daşıyan küçələrin avtomobil yolları yenidən qurulub.
Sözügedən avtomobil yollarında layihə üzrə aparılan yenidənqurma işləri çərçivəsində torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb, yol əsası inşa olunub, yeni asfalt-beton örtüyü çəkilib. Yenidənqurma işləri üfüqi nişanlanma xətlərinin rənglənməsi işlərini də əhatə edib.
Qeyd edilib ki, yeni asfalt örtüyü ilə təmin edilən Emin Süleymanov və Əmral Xəmmədov küçələri sakinlər üçün daha rahat və təhlükəsiz hərəkət imkanı yaradıb. Eyni zamanda bu cür layihələr, şəhidlərimizin adını əbədiləşdirmək və onların ailələrinə olan dövlət qayğısını göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.





Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












