İngiltərədən gətirilən qovrulmuş fındıq ləpəsi yararsız çıxdı

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi nəzarət tədbirləri çərçivəsində İngiltərədə fəaliyyət göstərən “Kanegrade Ltd İngredients House” şirkəti tərəfindən istehsal olunan və “AzFP CO LTD” MMC tərəfindən ölkəmizə idxal edilən qovrulmuş şəkərli fındıq ləpəsi məhsuluna agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
AQTA-dan Avtosfer.az-a verilən məlumata görə, məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub:
"Müayinələr nəticəsində məhsul partiyasında kif və maya göbələklərinin miqdarının normadan çox olduğu aşkar edilib. İdxal olunan məhsulun texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, istehlak üçün yararsız olduğu müəyyən edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 0.5 ton qovrulmuş şəkərli fındıq ləpəsi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb".
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












